"Biz də eynilə Azərbaycan kimi mürəkkəb zamanlardan keçmişik"
    • 13-10-2023, 16:44
    • 177

"Biz də eynilə Azərbaycan kimi mürəkkəb zamanlardan keçmişik"

"Biz də eynilə Azərbaycan kimi mürəkkəb zamanlardan keçmişik. Ona görə də sizi daha yaxşı başa düşürük". 

News24.az xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar ADA Universitetinin tələbələri qarşısında çıxışı zamanı deyib.

O, bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində böyük zəfər qazandı. 

"Həmin ağır günlərdə biz mənəvi cəhətdən ölkənizin və xalqınızın yanında idik. İnanıram ki, bu vəhdətimiz daim davam edəcək. Yaşasın Şimali Kipr, Yaşasın Türkiyə, Yaşasın Azərbaycan!".

Fərid Azəri