"Türkiyə daim Şimali Kiprin yanında olub"
    • 13-10-2023, 16:36
    • 223

"Türkiyə daim Şimali Kiprin yanında olub"

"Bizim üçün mürəkkəb məqamlarda Türkiyə daim Şimali Kiprin yanında olub".

News24.az xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar ADA Universitetinin tələbələri qarşısında çıxışı zamanı deyib.

O, bildirib ki, həmin dövrdə yalnız Mustafa Kamal Atatürkün Şimali Kipr xalqını dəstəkləyən bəyanat verdiyini xatırladıb:

"Bizim ana Vətənimiz Türkiyədir. Çünki vaxtilə  Türkiyə bizi Britaniyanın işğalından xilas edib. Türkiyə bu istiqamətdə barışmaz mövqe tutub. Biz Osmanlı ordusu ilə britaniyalılara qarşı mübarizə aparmışıq. Çünki onlar vaxtilə bizim ərazilərimizi ilhaq etməyə çalışıblar. Britaniyanın dəstəyilə vaxtilə Kiprin ərazisinə digər nöqtələrdən əhali köçürüldü və onlar da bizə qarşı çıxdılar. Yalnız Türkiyə və Mustafa Kamal Atatürk bizim ərazilərdə baş verənlərdən narahat idi. O bəyanat vermişdi ki, kiprli qardaşlarımız yalnız deyil. Türkiyə regionun çox vacib dövlətidir. Biz baş vermiş müharibələrdə çox qurbanlar verdik".

Fərid Azəri