"Ürəyimiz Azərbaycanla döyünürdü" - Ersin Tatar
    • 14-10-2023, 12:49
    • 160

"Ürəyimiz Azərbaycanla döyünürdü" - Ersin Tatar

"Diplomatik əlaqələri nə qədər gücləndirsək, aramızdakı bağlar daha güclü olacaq". 

News24.az xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar keçirdiyi mətbuat konfransında bildirib. 

O Qarabağdakı zəfərimizə də toxunub:

"Prosesləri yaxından izlədik. 44 günlük müharibə dövründə ürəyimiz Azərbaycanla döyünürdü. 44 günlük Vətən müharibəsindən sonra dünya ictimaiyyəti Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğuna bir daha şahid oldu. Mən də dövlətinizi və xalqınızı bir daha ürəkdən təbrik edirəm".

Fərid Azəri