-
- 25-03-2019, 20:06
- 1 008
Azərbaycan millisi Litva ilə heç-heçə oldu
Futbol üzrə Azərbaycan millisi yeni baş məşqçi Nikola Yurçeviçin rəhbərliyi altında ilk yoxlama oyununu keçirib. News24.az "Report"a istinadən xəbər verir ki, martın 21-də AVRO-2020-nin seçmə mərhələsinin I turunda səfərdə Xorvatiya kollektivinə 1:2 hesabı ilə uduzan yığma Litva komandasını qəbul edib. "Bakcell Arena"da baş tutan matç qolsuz bərabərlik qeydə alınıb.
Baş məşqçi qapını Səlahət Ağayevə tapşırıb. Müdafiənin mərkəzində Bədavi Hüseynovla Anton Krivotsyuk, cinahlarda kapitan Maksim Medvedevlə Təmkin Xəlilzadə yer alıb. Orta xətdə Qara Qarayev, Riçard Almeyda, Eddi İsrafilov və Araz Abdullayev qərarlaşıb. Hücumda isə Rüfət Dadaşovla Ramil Şeydayev meydana çıxıb. N.Yurçeviç millinin AVRO-2020-nin seçmə mərhələsinin I turunda səfərdə Xorvatiya yığmasına 1:2 hesabı ilə uduzduğu oyunla müqayisədə start heyətində 4 dəyişiklik edib. Rahil Məmmədov, Şəhriyar Rəhimov, Mahir Mədətov və Dimitri Nazarov bu dəfə ehtiyatda qalıb. Onları müvafiq olaraq A.Krivotsyuk, T.Xəlilzadə, A.Abdullayev və R.Dadaşov əvəzləyib.
Matçın ilk yarısı Azərbaycan millisinin üstünlüyü şəraitində keçsə də, rəqib qapısı önündə real qol vəziyyəti yaratmaq mümkün olmayıb. R.Şeydayev, E.İsrafilov və R.Dadaşov bir neçə epizodda zərbə endirsələr də, Litva yığmasının qolkiperi Dzyuqas Bartkus etibarlı oynayıb.
Fasilədən dərhal sonra R.Almeydanı əvəzləyən D.Nazarov ardıcıl 2 dəfə qapını yoxlayıb, lakin məntiqi nəticə olmayıb. Matçın 64-cü dəqiqəsində A.Abdullayevi M.Mədətov əvəzləyib. Bir qədər sonra isə R.Dadaşovun yerinə Namik Ələskərov oyuna qoşulub. 75-ci dəqiqədə isə zədələnən E.İsrafilovu Əli Babayev dəyişib. Bundan 10 dəqiqə sonra Emin Mahmudov Q.Qarayevi əvəzləyib.
İlk yarıda olduğu kimi, ikinci hissədə də diqtə edən tərəf Azərbaycan millisi olub. Lakin bütün cəhdlərə baxmayaraq matçda hesab açılmayıb - 0:0.
Görüşü AFFA prezidenti Rövnəq Abdullayev də canlı izləyib.
Qeyd edək ki, Azərbaycan millisi növbəti oyunlarını iyunda AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirəcək. Yığma ayın 8-də Macarıstan, 11-də isə Slovakiya kollektivini qəbul edəcək.