Xaçaturyan bu şəxsləri də qətlə yetirib - FAKT
    • 17-10-2023, 11:44
    • 660

Xaçaturyan bu şəxsləri də qətlə yetirib - FAKT

Xocalı rayonunun Meşəli kəndində dinc sakinlərin  mühasirədən çıxarılması üçün köməyə getdən Azərbaycanının  polis və hərbi qulluqçularının adları açıqlanıb. 

News24.az-ın məlumatına görə, 1991-ci il dekabrın 23-də mühasirədə qalan dinc sakinlərə yardım etməyə gedən,  Meşəli polis bölməsinə Ağdam rayon polis (keçmiş milis) şöbəsindən ezam olunmuş, həmin şöbənin kiçik serjantları, 19 avqust 1970-ci il təvəllüdlü Rüstəmov Hidayat Eldar oğlu, 06 iyun 1969-cu il təvəllüdlü Ağayev Faiq Alış oğlu, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 701 (keçmiş 18110) N-li herbi hissesinin hərbi qulluqçulan, 13 oktyabr 1964-cü il təvəllüdlü leytenant Eyyubov Kamil Baba oğlu, 09 iyul 1961-ci il təvəllüdlü əsgər Qonaqov Musa Mirzağa oğlunu ve könüllü özünümüdafiə dəstəsinin döyüşçüsü, 28 iyun 1961-ci il təvəllüdlü Əzimov Tahir Eyyub oğlu Vaqif Xaçaturyan və erməni hərbi birləşməsinin digər üzvləri tərəfindən qətlə yetirilib

Samir Əli