Hizbullahdan qəzəb dolu BƏYANAT
    • 18-10-2023, 10:59
    • 153

Hizbullahdan qəzəb dolu BƏYANAT

İsrailin Qəzzada xəstəxana qətliamından sonra Hizbullah hərəkətə keçərək bəyanat yayıb.

News24.az xəbər verir ki, bu barədə "Haberglobal" məlumat yayıb.

Ərəb və İslam dünyasını üsyana çağıran bəyanatda  qeyd olunub:

"Bu gün misli görünməmiş qəzəb günü olsun. Bəşəriyyət yüzlərlə günahsız şəhidin həyatı bahasına Qəzzanın xəstəxanadakı sionist qətli və cinayətkar dəstələrinin törətdiyi dəhşətli və vəhşi cinayətə görə ağlayır. 

Bu, məzlumun haqqını zalımın əlindən almaq üçün müqavimət, qələbə və intiqam yolunda bir addımdır. İsrailin Qəzzada bir xəstəxanaya təşkil etdiyi bombalı hücumda ən azı 500 günahsız insan həlak olub”. 

Bəyanatda həmçinin qeyd olunub ki, axan qan ABŞ-ın dəstəklədiyi bu cinayətkar varlığın əsl simasını göstərir. Bu qırğına və sionist düşmənin törətdiyi bütün cinayətlərə görə bilavasitə ABŞ məsuliyyət daşıyır.

Ülkər Abdurahmanlı