-
- 21-10-2023, 14:03
- 251
Türkiyə Superkuboku Bakıda keçiriləcək?
Türkiyə Superkubokunun keçirilmə yeri və tarixi məlum olub.
News24.az Day.Az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb.
Bildirilib ki, "Qalatasaray" - "Fənərbaxça" oyunu dekabrın 30-da Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçiriləcək.
"Qalatasaray" - "Fənərbağça" matçı Əl-Avval Parkda (Kral Səud Universiteti) stadionunda Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Xatırladaq ki, Türkiyə və yerli KİV-də bir müddət öncə qarşılaşmanın Bakıda keçiriləcəyi ilə bağlı məlumat yayılmışdı. "Qalatasaray"ının prezidenti Dursun Özbek SOCAR-la sponsorluq müqaviləsinin imzalanma mərasimində Türkiyə Super Kubokunun final matçının Bakıda keçirilməsi üçün aidiyyəti şəxslərlə əlaqə saxlayacağını bildirmişdi.
"Bu, əslində federasiyanın qərarıdır. Əla olardı. Oradakı qardaşlarımızdan da məmnun etmiş olarıq. . Bununla bağlı aidiyyatı şəxslərlə əlaqə saxlayacağıq. Olacağına ümid edirəm", - deyə o qeyd etmişdi.