Qərbdən yeni ballistik raketlər aldılar - UKRAYNA SÖZ VERDİ
    • 21-10-2023, 16:37
    • 137

Qərbdən yeni ballistik raketlər aldılar - UKRAYNA SÖZ VERDİ

Ukrayna Qərbdən aldığı ballistik raketlərlə Rusiya ərazisini vurmayacağına söz verib.

News24.az xəbər verir ki, bu barədə Ukraynanın Müdafiə və Təhlükəsizlik Şurasının katibi Oliksiy Danilov “Kyodo News”a müsahibəsində deyib.

O bildirib ki, bununla bağlı şifahi razılıq əldə olunub: “Amma Moskva ətrafındakı hədəfləri yerli silahlarla vura bilərik”.

O.Danilov qeyd edib ki, Rusiya işğal olunmuş Ukrayna ərazilərini qaytarmaqdan imtina etdiyi müddətcə Moskva ilə atəşkəs barədə danışıqlar aparılmayacaq: "Qərbdən alacağımız F-16 qırıcı təyyarələrinin cəbhədəki durumunun əsaslı formada dəyişəcəyinə inanıram”.

Onun sözlərinə görə, işğal altındakı ərazilərin nə vaxt tamamilə azad ediləcəyi barədə proqnoz vermək çətindir.

Xatırladaq ki, daha əvvəl ABŞ Rusiyada istifadə olunmayacağı təqdirdə ATACAMS ballistik raketlərini Ukraynaya tədarük edəcəyini açıqlamışdı.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyunundan əks-hücum əməliyyatları keçirir.