İranda daha bir əxlaq polisi zorakılığı: Gənc qızı... - FOTO
    • 24-10-2023, 12:03
    • 218

İranda daha bir əxlaq polisi zorakılığı: Gənc qızı... - FOTO

İranda Əxlaq polisi daha bir qıza hücum edib.

News24.az xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Yəzd şəhərindəki Azadegan parkında məcburi hicab qanununa riayət etməyən gənc qız Əxlaq polisi tərəfindən şiddətə məruz qalıb. Polis qıza sillə vurub, gənc qız qorxu və stresdən huşunu itirib, yıxılarkən isə başı yerə dəyib.

Qeyd edək ki, həmin qız xəstəxanaya yerləşdirilib və hazırda onun vəziyyəti ilə bağlı dəqiq məlumat yoxdur.

Aynurə