"Biz Mikki-Mausa parlamenti deyilik!" - Deputat QƏZƏBLƏNDİ
    • 25-10-2023, 19:30
    • 119

"Biz Mikki-Mausa parlamenti deyilik!" - Deputat QƏZƏBLƏNDİ

Avropa Parlamentinin bir neçə yüz əməkdaşı səhvən Disneylendə gəlib. Onlar Strasburqa gedirmişlər, lakin qatar səhv istiqamət götürüb.

News24.az Lent.az-a istinadla xəbərinə görə, qatar təxminən 45 dəqiqə əyləncə parkında dayanıb və yoluna davam edib. Daha sonra qatar Strasburqa yönləndirilib.

"Biz Mikki-Mausa parlamenti deyilik!" - alman deputat Daniel Froynd qəzəblənib. Yerli media istehza ilə qeyd edib ki, hazırkı vəziyyəti “səyahət sirki” ilə müqayisə etmək olar.