“Başımın gülləsi əskikdir” - Cavanşir Məmmədov
    • 25-10-2023, 20:00
    • 177

“Başımın gülləsi əskikdir” - Cavanşir Məmmədov

Əməkdar artist Cavanşir Məmmədov  türkiyəli müğənni İbrahim Tatlısəslə bağlı açıqlaması ilə yenidən gündəmə gəlib. 

News24.az Lent.az-a istinadla xəbər verir ki, o qatıldığı teleproqramda çox maraqlı açıqlama verib.

“İbrahim Tatlısəs mən və bir çox həmkarlarım kimi segah oxuya bilməz. İbrahim 85 milyonluq, mən isə 10 milyonluq millətin müğənnisiyəm. İbrahimdən fərqli cəhətim odur ki, mənim başımın gülləsi hələ vurulmayıb.

Qeyd edək ki, Cavanşir Məmmədov bir dəfə efirdə “Mənim İbrahimdən nəyim əskikdir” iddiasını səsləndirmiş, sosial şəbəkələrdə isə ona “Başının gülləsi” cavabı verilmişdi. Bu cavab populyarlaşmış və gülüşə səbəb olmuşdu.