Oktyabrda yaz havası: istilər nə vaxtadək davam edəcək?
    • 28-10-2023, 10:40
    • 129

Oktyabrda yaz havası: istilər nə vaxtadək davam edəcək?

Əvvəlki illərdə oktyabr ayında daha isti günlər olub. Bu ay keçid ayı olduğu üçün havanın dəyişkən olması normaldır.

News24.az xəbər verir ki, bu sözləri açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

“Əvvəlki illərlə müqayisə etsək, rekord istilər qeydə alınmayıb. Hava bəzi günlərdə iqlim normasına yaxın, bəzi günlər də isə 3-4 dərəcə yüksək olub. Oktyabr ayının sonuna kimi ölkə ərazisində mühüm bir hava dəyişikliyi gözlənilmir. Mülayim cənub-şərq küləyi üstünlük təşkil edəcək. Havanın temperaturu aran rayonlarında 24-29, Bakıda və Abşeron yarımadasında 22-27, dağlıq və dağətəyi rayonlarda isə 15-20 dərəcə isti olacaq”, - Məmmədova bildirib.