İsrail bayrağı OĞURLANDI - VİDEO
    • 29-10-2023, 16:12
    • 162

İsrail bayrağı OĞURLANDI - VİDEO

Almaniyanın Frankfurt şəhərində İsrail bayrağı bələdiyyə binasından oğurlandı. 

News24.az xəbər verir ki, bu barədə Tass.ru saytı paylaşım edib.

Gecə naməlum şəxslər tərəfindən Frankfurt am Main bələdiyyə binasından İsrail bayrağı bir neçə şəxs tərəfindən oğurlanıb. Bu barədə yerli polis məlumat verib.

"Şahid ifadələrinə görə, 10 nəfərlik bir qrup bələdiyyə binasının eyvanından asılmış İsrail bayrağına çatmaq üçün skamyalardan istifadə olunduğu bildiriblər. Onlardan biri baş verənləri kameraya çəkib. Nəticədə mütəşəkkil dəstə aradan çıxaraq, bayrağı özləri ilə götürdü. Məsələ ilə bağlı yerli polis orqanları istintaqa başlayıb.

Aslan Nadiroğlu