Mahaçqala hava limanına xüsusi təyinatlılar cəlb edilib
    • 29-10-2023, 22:24
    • 193

Mahaçqala hava limanına xüsusi təyinatlılar cəlb edilib

Dağıstanın milli siyasət naziri Enrik Müslümov və gənclərlə iş üzrə naziri Kamil Saidov izdihamın yaşandığı Mahaçqala hava limanına gəliblər.

News24.az xəbər verir ki, bu barədə Rusiya teleqram kanallarına istinadən xəbər verir.

Bununla yanaşı, Rusiya Qvardiyasının əsgərləri və polis xüsusi təyinatlıları hava limanına daxil olub. Buna səbəb yüzlərlə etirazçının hava limanının binasına daxil olaraq uçuş-enmə zolağına çıxmasıdır.