ABŞ mətbuatı: Bayden ölüb?
    • Dünən, 23:10
    • 66

ABŞ mətbuatı: Bayden ölüb?

ABŞ prezidenti Co Bayden bazar günü sosial media hesabında dərc etdiyi açıqlama ilə siyasi səhnəni təkbaşına tərk edib.

News24.az xəbər verir ki, hazırkı prezident Covid-19 üçün karantində olduğu evindən sosial media mesajı yayımlayaraq geri çəkilmək qərarını ictimaiyyətlə bölüşüb.

Qərardan sonrakı günlərdə ABŞ mətbuatı Baydenin niyə sosial mediada bu açıqlamanı verdiyinə diqqət çəkib.

Bəzi sui-qəsd nəzəriyyəçiləri prezidentin öldüyünü irəli sürüblər.

Qeyd edək ki, Baydenin dəstəyini aldıqdan sonra ilk dəfə Ağ Evdə danışan vitse-prezident Kamala Harris, prezidentin keçən həftə Covid-19 üçün müsbət test etdikdən sonra sağalma prosesində olduğunu söyləyib.

Baydenin səsi yarışdan geri çəkildikdən sonra ilk dəfə eşidilib.

Bildirək ki, Harris podiuma çıxmazdan əvvəl Co Bayden telefonla komandaya müraciət edib.

Günel Məlikzadə