Maşın sürmək hamilə qadınlar üçün hansı riski yaradır?
    • Dünən, 23:14
    • 50

Maşın sürmək hamilə qadınlar üçün hansı riski yaradır?

Avtomobilı idarə edən hamilə qadınlar müəyyən risklə üz-üzədir. 

News24.az Avtosfer.az-a istinadla xəbər verir ki, maşın sürən hamilə qadınlarda varikoz riski yaranır. Səbəb bu vəziyyətdə dölün aşağı ətraflara daha çox təzyiq etməsidir. Uzun müddət hərəkətsiz qaldıqda qan dövranı pisləşdiyi üçün varikoz təhlükəsi də artır.

Paralel olaraq onurğa ilə bağlı narahatlıqlar da yarana bilər. avtomobildən 15-20 dəqiqəlik istifadə heç bir risk yaratmır. Lakin uzun yol zamanı mütləq vaxtaşırı olaraq dayanmaq, birt qədər hərəkət etmək şərtdir. 

Ekspertlər bir məsələni də xatırladırlar ki, şəxsi avtomobildən sui-istifadə yaşından və cinsindən asılı olmadan hamı üçün risklidir. Bir neçə yüz metr məsafəni avtomobillə getmək isə asılılıq əlamətidir.