Federasiya başçısı qadın futbolçunu öpdüyünə görə bu CƏZANI ALDI
    • 30-10-2023, 16:33
    • 213

Federasiya başçısı qadın futbolçunu öpdüyünə görə bu CƏZANI ALDI

FIFA futbolçunu öpən İspaniya federasiyasının keçmiş rəhbəri Luis Rubialesi üç il müddətinə futbol fəaliyyətindən uzaqlaşdırıb.

News24.az xəbər verir ki, bu barədə “Sondakika.com” məlumat yayıb.

Qeyd edək ki, Luis Rubialesin dünya çempionatının finalında İngiltərə üzərində qələbədən (1:0) sonra ispaniyalı qadın futbolçu Cennifer Ermosonu dodaqlarından öpdüyünə görə böyük qalmaqal olmuşdu.

Ülkər Abdurahmanlı