Müəllimlərin maaşına əlavələr üçün ayrılan məbləğ AÇIQLANDI
    • 30-10-2023, 17:10
    • 396

Müəllimlərin maaşına əlavələr üçün ayrılan məbləğ AÇIQLANDI

2022-2026-cı illər ərzində 137 min nəfər müəllim heyətin sertifikatlaşdırma proqramında iştirakının təmin edilməsinə və 68 min nəfər heyətin də diferensial əməkhaqqı sisteminə cəlb olunmasına təşəbbüs göstəriləcək.

News24.az metbuat.az-a istinadla xəbər verir ki, bu barədə 2024-cü ilin Dövlət büdcəsinin zərfində qeyd edilib.

2024-cü ilin dövlət büdcəsinin layihəsində 93,6 milyon manat (müəllimlərin sertifikasiyası üçün 71,0 milyon manat, məktəb direktorları və müavinlərinin əməkhaqlarına əlavələrin müəyyən edilməsi üçün 22,6 milyon manat) vəsait proqnozlaşdırılıb.