Netanyahudan mühüm açıqlama:
    • 31-10-2023, 17:15
    • 259

Netanyahudan mühüm açıqlama: "Atəşkəs olmayacaq çünki.."

“İsrail atəşkəslə razılaşmayacaq, çünki bu, Fələstinin radikal HƏMAS hərəkatı ilə mübarizədə məğlubiyyət demək olardı”.

News24.az xəbər verir ki, bu Benyamin Netanyahu  “The Wall Street Journal”ın köşə yazısında yazıb.

“ABŞ Yaponiyanın 1941-ci ildə Pearl Harbora hücumundan və ya 2001-ci il 11 sentyabr terror aktlarından sonra atəşkəsə razı olmadığı kimi, İsrail də oktyabrda baş vermiş terror aktından sonra HƏMAS ilə hərbi əməliyyatların dayandırılmasına razı olmayacaq. 7. Atəşkəs çağırışları HƏMAS qarşısında məğlubiyyət, terror, barbarlıq çağırışlarıdır”, - deyə o bildirib.

Netanyahunun sözlərinə görə, İran Qəzza zolağında HƏMAS, Livanda şiə Hizbullah, Yəməndə husilər və Yaxın Şərqdə və onun hüdudlarından kənarda digər terror qruplaşmalarını silahlandırmaq, öyrətmək və maliyyələşdirməklə terrorizmin bel sütununu təşkil edib. 

“İsrail HƏMAS və İran qruplarına qarşı mübarizə aparmaqla sivilizasiyanın düşmənlərinə qarşı mübarizə aparır”, - deyə siyasətçi vurğulayıb.

Ayşən