Erməni dəstəsinə Xaçaturyan başçılıq edirdi - ŞOK DETALLAR
    • 1-11-2023, 10:59
    • 518

Erməni dəstəsinə Xaçaturyan başçılıq edirdi - ŞOK DETALLAR

Meşəli kəndinə hücum edən erməni dəstəsinə Xaçaturyan başçılıq edirdi.  

News24.az-ın məlumatına görə, bunu Yasamal rayon məhkəməsində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırım törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə prosesində zərərçəkmiş Salman Rəhimov deyib. O bildirib ki, ermənilər mikrofonlar bizi məndən çıxmağa çağırdılar: "Badara erməniləri idi hücum edən. Gecə yatdığınız yerdə ermənilər hücum elədi, mən və bacım güllə yarası aldıq. Kənd camaatı hamısı görüb. Dayılarım və nənəm şəhid oldu. Kənd camaatı hamısı dedi ki, dəstəyə Vaqif Xaçatryan başçılıq edirdi. Nənəmi başından güllələdilər, beyni töküldü. Kəndi məhv eləmək istəyirdilər. Hamı deyirdi ki, dəstəyə Vaqif Xaçatryan başçılıq edib. İndi Xaçatryan özünü təmiz çıxarır. Babam dedi ki, Xaçatryan, Armais dəstəyə başçılıq edirdi".

Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçatryan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar. 

Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.

Samir Əli