“Riski sevmirsənsə, innovasiya ilə məşğul olmaq çətindir" - Nazir
    • 1-11-2023, 11:36
    • 108

“Riski sevmirsənsə, innovasiya ilə məşğul olmaq çətindir" - Nazir

Səhv etməkdən qorxan, başqa insanların səhvini qabardıb özü heç nə etməmək münasibəti olduqca innovasiyadan söhbət gedə bilməz. “Qorxma, et”yanaşmasını tətbiq etsək, innovativliyə addım atmış olarıq”.

News24.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Təhsilin İnkişafı Forumu 2023"də çıxışı zamanı deyib.

Nazir bildirib ki, innovasiya zərurətdən yaranır: “Eyni zamanda səriştə olmalıdır. Ancaq səriştəli insanlar innovasiya yarada bilər. Uzun müddətli vədədə bizim də risk etməkdən qorxmayan, yeniliklərdən qorxmadan addım atan gəncliyimiz yetişəcək. Bu, çətindir,amma vacibdir. Onu da qeyd edim ki, ali təhsil müəssisələrimizin səriştəliliyi əvvəlki 10 illərə nisbətən artıb”.

Qumral