Ronaldonun bacısının Messi ilə bağlı paylaşımı gündəm oldu - FOTO
    • 3-11-2023, 18:52
    • 405

Ronaldonun bacısının Messi ilə bağlı paylaşımı gündəm oldu - FOTO

Kriştiano Ronaldonun bacısı Katia Aveiro Lionel Messinin "Qızıl top" mükafatını qazanmasından sonra sürpriz paylaşım edib.

News24.az Metbuat.az-a istinadla xəbər verir ki, o instaqram hesabında Ronaldonun bir çox fərdi mükafatları, o cümlədən beş “Qızıl top” mükafatı ilə fotosunun olduğu şərh paylaşıb. “Qazandı verilmədi” başlığı ilə yazılan şərhini Aveiro beş alqış emojisi ilə tamamlayıb.

Qeyd edək ki, Lionel Messi 8-ci dəfə "Qızıl top" mükafatını qazanıb. Bəzi dairələrə Messini dünya çempionu olduğuna görə bu mükafaya layiq hesab etsə də, bəziləri qarşı çıxıb.