Bayden Kiyevlə bağlı göstəriş verdi
    • 5-11-2023, 19:55
    • 177

Bayden Kiyevlə bağlı göstəriş verdi

Ağ Ev Kiyevə hərbi əməliyyatların və bütün münaqişənin dayandırılması ilə bağlı danışıqlara başlamağı əmr edib.

News24.az xəbər verir ki, bu barədə rusiyalı jurnalist Vladimir Solovyovun Telegram kanalı Vladimir Zelenski administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

“Vaşinqtonun danışıqlara hazır olması və hərbi əməliyyatların dondurulması əvvəllər Ukrayna silahlı qüvvələrinin qondarma əks-hücum əməliyyatının bütün istiqamətlərə çatdığı dalan fonunda və Kiyevin Avdeevkanı qaçılmaz şəkildə itirməsi fonunda yayılıb.

Vurğulamaq yerinə düşər ki, cəbhələrdəki çıxılmaz vəziyyət qarşılıqlı deyil və Ukrayna Silahlı Qüvvələrinin irəliləyə bilməməsi Rusiya Federasiyası Silahlı Qüvvələri üçün bunun mümkünsüz olduğu anlamına gəlmir”.

Ayşən