Tarixdə ilk: İsrail ballistik raketi kosmosda vurdu
    • 6-11-2023, 00:10
    • 204

Tarixdə ilk: İsrail ballistik raketi kosmosda vurdu

İsrail Müdafiə Qüvvələrinin ABŞ-la birgə istehsal edilən “Arrow” zenit müdafiə sistemindən ilk dəfə istifadə etməsi ilə bağlı maraqlı məlumat yayılıb.

News24.az Axar.az-a istinadla xəbər verir ki, “Teleqraf” nəşri Yəməndən atılan ballistik raketin “Arrow” sistemi ilə Yer atmosferindən kənarda vurulduğunu bildirib.

Qeyd edilib ki, bu, ballistik raketin faktiki olaraq kosmosda vurulduğu ilk hadisədir.

Xatırladaq ki, İsrailin “Arrow” sistemindən ilk dəfə 31 oktyabrda istifadə etdiyi haqda məlumat yayılmışdı.