Azərbaycan XİN-dən PAYLAŞIM - FOTO
    • 8-11-2023, 21:06
    • 113

Azərbaycan XİN-dən PAYLAŞIM - FOTO

Azərbaycan Xarici İşlər Nazirliyi Argentina ilə diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə bağlı paylaşım edib.

News24.az xəbər verir ki, xarici siyasət idarəsi sosial şəbəkədə bildirib:

“Azərbaycan ilə Argentina arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Argentina xalqını və hökumətini ürəkdən təbrik edirik! Biz ikitərəfli əlaqələrimizin daha da möhkəmlənməsinə ümid edirik!”