HƏMAS rəsmisi açıqladı:
    • 9-11-2023, 15:54
    • 130

HƏMAS rəsmisi açıqladı: "Müharibə bu ölkədən asılıdır"

Fələstinin HƏMAS hərəkatı İslam dünyası ölkələrini Qəzzada insan itkisini dayandırmağa kömək edəcək addımlar atmağa çağırıb.

News24.az  xəbər verir ki, bu barədə HƏMAS Siyasi Bürosunun üzvü Əbu Mərzuk Türkiyənin “Yeni Şafak” qəzetinə bildirib.

“Əvvəlki ərəb müharibələri zamanı ərəb işini dəstəkləmək üçün neft embarqosu tətbiq olundu, biz bunu yaxşı bilirik. Addımlardan biri İsrailə neft tədarükünü kəsmək ola bilər. Qəzzada atəşkəs ABŞ-dan asılıdır. Müharibə tamamilə ABŞ-ın nəzarətindədir. Bu, atəşkəs üçün ən böyük maneədir. HƏMAS-ın məqsədi müstəqil Fələstin dövləti yaratmaqdır. Xalqımızın azadlığını təmin etmək və paytaxtı Qüds olan müstəqil dövlət yaratmaq üçün yola çıxmışıq”, - Marzuk vurğulayıb.


Ayşən