Cərimə ödəyərkən bu saytlara inanmayın - DYP-dən XƏBƏRDARLIQ
    • 9-11-2023, 16:37
    • 391

Cərimə ödəyərkən bu saytlara inanmayın - DYP-dən XƏBƏRDARLIQ

Sosial şəbəkələrdə sürücülərin cərimələrinə endirim edəcəkləri ilə bağlı şirnikləndirən səhifələr bu barədə mütəmadi olaraq elanlar paylaşırlar. Belə səhifələrdən biri də “asancerime”-dir. Bu kimi səhifələrə keçid edən şəxslərin bank kartları oğurlanır, ödəyəcəkləri cərimə məbləğləri ələ keçirilir. 

News24.az xəbər verir ki, məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polis İdarəsinin  İnspektoru Rüstəm Əhmədli Avtosfer.az-a açıqlamasında sürücülərə xəbərdarlıq edib ki, bu kimi paylaşımlara əsla etibar etmək olmaz:

“Bu səhifələr qeyri-qanuni olaraq fəaliyyət göstərir. Həmin şəxslər leqal olmayan yollara əl ataraq, sürücülərin ödənişlərini ələ keçirirlər. Bu istiqamətdə qaynar xəttimizə gələn zənglərin böyük əksəriyyəti məhz dələduzluqla məşğul olan “asancerime.com” internet saytı ilə bağlıdır. Araşdırmalarımıza görə, sözügedən sayt ABŞ-da yaradılıb və Azərbaycanla heç bir əlaqəsi yoxdur. Hazırda bu kimi səhifələrlə mübarizə məqsədli tədbirlər görülür”.