Azyaşlılara təcavüzə edən məktəb direktoruna AĞIR CƏZA VERİLDİ
    • 13-11-2023, 11:17
    • 214

Azyaşlılara təcavüzə edən məktəb direktoruna AĞIR CƏZA VERİLDİ

Keçmiş ibtidai məktəb direktoruna “zorlama” və “uşaqlara qarşı cinsi təcavüz” ittihamı ilə ölüm hökmü verilib.

News24.az “China Daily”ə istinadla xəbər verir ki, Çinin Pingliang əyalətinin Cingning rayonunda yerli məktəbdə işləyən Canq Longci adlı müttəhim 8-12 yaş arası 5 qıza təcavüz etməkdə və 8-14 yaş arası 17 qıza cinsi təcavüz etməkdə təqsirli bilinib.

Hökm noyabrın 7-də, təqsirləndirilən şəxsin yerli məhkəmənin edam hökmündən verdiyi apellyasiya şikayəti Qansu Ali Məhkəməsi tərəfindən rədd edildikdən sonra icra edilib.

Qeyd olunub ki, cinayətdən zərər çəkmiş şagirdlərə yerli təhsil rəhbərliyi tərəfindən psixoloji yardım və dəstək göstərilib, hadisə baş verən ibtidai məktəb bağlanaraq başqa məktəbə birləşdirilib.

 Ayşən