-
- 14-11-2023, 11:49
- 171
"Ukraynaya görə imkanlarımız azalır" - ABŞ rəsmisi
“Konqresdə Ukraynaya yeni yardım paketinin təsdiq edilməməsi səbəbindən ABŞ-nin imkanları hər həftə azalır”.
News24.az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.
“Bu, bizim Ukraynaya lazım olan hər şeyi vermək səylərimizə təsir edir. Bu təsir zamanla artacaq”, - o deyib.
Onun sözlərinə görə, Konqres Prezident Co Baydenin Ukrayna və İsrailə yardımı ehtiva edən tələbini ən qısa zamanda təsdiq etməlidir, çünki bu, birbaşa ABŞ-nin milli maraqlarına toxunur.
Bayden administrasiyası Konqresə İsrail, Ukrayna, Hind-Sakit okean regionu və sərhədlərin möhkəmləndirilməsi üçün maliyyə tələbi göndərib. Hökumət bu təşəbbüsə dəstək təmin etmək üçün Konqresinin hər iki palatasında respublikaçılar və demokratlarla fəal işləyir.
“İsrail, Ukrayna, Hind-Sakit okean regionu və sərhədlər üçün sabit maliyyə təmin edə bilməsək, Birləşmiş Ştatların milli maraqlarına ciddi ziyan dəyəcək”, - deyə ABŞ rəsmisi vurğulayıb.
Ayşən