Ağ Ev Ukrayna üçün əlavə maliyyə tələbi üzərində işləyir
    • 8-08-2023, 09:40
    • 161

Ağ Ev Ukrayna üçün əlavə maliyyə tələbi üzərində işləyir

ABŞ prezidenti Co Baydenin administrasiyası Ukrayna üçün əlavə maliyyə tələbi üzərində işləyir.

News24.az xarici mətbuata istinadla  xəbər verir ki, məsələ bu ilin payızına qədər Konqresdə baxılmağa hazır olacaq. 

"Administrasiya bu payızda Konqresin müzakirəsi üçün bir paket üzərində işləyir və  təfərrüatlar hələ də Xəzinədarlıq İdarəsi tərəfindən müəyyən edilməlidir”- deyə bildirilib.

“Ancaq düşünürəm ki, bizim çox güclü iddiamız olacaq və biz ümid edirik ki, maliyyələşməni davam etdirmək üçün Konqresin dəstəyini alacağıq, xüsusən də Ukraynaya dəstək üçün sursat istehsalını və sursat alışını artırmaq”, o əlavə edib. 
 
Aydan