"Ərdoğanla razılaşdırdıq" - Yunanıstan Baş naziri
    • 14-11-2023, 18:33
    • 205

"Ərdoğanla razılaşdırdıq" - Yunanıstan Baş naziri

Yaxın Şərqdəki son böhrandan əvvəl Prezident Ərdoğanla iki dəfə görüşmüşəm. Münasibətlərimizi normallaşdırmaq kursunu razılaşdırdıq

News24.az xəbər verir ki, bunu Yunanıstan Baş naziri Kiryakos Mitsotakis bildirib.

“Son bir neçə ayda münasibətlərimizdə ciddi yumşalma müşahidə edirik. Müsbət gündəm müəyyən etmək və uzun müddətdir davam edən fikir ayrılıqlarının hərbi qarşıdurma riski həddinə çatmasına imkan verməmək üçün dekabrda Yunanıstanda yenidən görüşəcəyik. Problemləri həll etmək və müsbət gündəm yaratmaq mənim tutduğum yanaşmadır”, - baş nazir bildirib.

Baş nazir Türkiyə liderinin İsraillə savaşı davam etdirən HƏMAS-la bağlı yanaşmasına da diqqət çəkib:

“Prezident Ərdoğanın HƏMAS haqda söylədiyi fikirlərlə razı deyiləm. Ancaq bu, Prezident Ərdoğanı Yunanıstanda qəbul etməmək üçün səbəb deyil. İkitərəfli münasibətlərimizdən, Türkiyə ilə Avropa Birliyi arasındakı əlaqələrdən danışacağıq”.

Mitsotakis Qəzzadakı hadisələrdən danışarkən qeyd edib:

“Məncə, münaqişənin bu gün yaşadığımız dəhşətli vəziyyətdən kənara çıxmaması hamımızın marağındadır. Əminəm ki, bu, Türkiyənin də marağındadır. Heç kim münaqişənin daha da böyüməsini istəmir”.

Ayşən