Bakı və Abşeronda qanunsuz tikililər söküldü - Video
    • 16-11-2023, 10:17
    • 197

Bakı və Abşeronda qanunsuz tikililər söküldü - Video

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Nazirlikdən News24.az-a verilən məlumata görə, Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsi və Abşeron rayonunun Xırdalan şəhəri ərazilərində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınaraq obyektlər sökülüb.