4 avtomobil toqquşdu: Yaralılar var
    • 5-07-2024, 23:40
    • 257

4 avtomobil toqquşdu: Yaralılar var

Türkiyədə yağış səbəbindən yolun sürüşkən olması nəticəsində 3 yük maşını və 1 pikapın iştirakı ilə zəncirvari yol qəzası baş verib.

News24.az xəbər verir ki, qəzada TIR sürücülərindən olan A.Ç. və həyat yoldaşı N.Ç. və oğlu O.C., maşında ilişib qalıb.

Xəbər verildikdən sonra əraziyə xilasetmə, sağlamlıq və polis qrupları sövq edilib.

Xəsarət alan 3 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, yaralılardan N.Ç.-nin səhhətinin ağır olduğu öyrənilib.

Günel Məlikzadə