Metrolar gölə çevrildi, avtomobillər sular altında qaldı
    • 5-07-2024, 23:35
    • 366

Metrolar gölə çevrildi, avtomobillər sular altında qaldı

Türkiyənin Bursa şəhəri sel suları altında qalıb.

News24.az Avtosfer.az-a istinadən xəbər verir ki, şiddətli yağış küçə və prospektlərdə ictimia nəqliyyatın hərəkətini iflic edib.

Təbiət hadisəsinə hazırlıqsız yaxalanan vətəndaşlar nə edəcəklərini bilməyiblər. Leysan nəticəsində Acemler və Ataevler arasındakı metro xətti, o cümlədən Odunluk metrosansiyası sular altında qalaraq gölə çevrilib.

Bursa Uludağ Üniversiteti istiqamətində xəttə əlavə marşutular buraxılıb. Metro əməkdaşları çətinliklə də olsa sərnişinləri oradan təxliyə edə biliblər.

Çaylarda suyun səviyyəsi artıb. Ətrafda park edilmiş avtomobillər sular altında qalıb.

Çox sayda avtomobil su axınla birlikdə başqa yerlərə gedib. Sahibləri maşınlarını xilas etməyə çalışarkən, polislər də ərazidə təhlükəsizlik tədbirləri gücləndiriblər.

Avtomobillərdəki vətəndaşlar ətrafdakıların köməyi ilə xilas ediliblər.