11 yaşlı məktəbli meşədə İTKİN DÜŞDÜ
    • 21-11-2023, 22:23
    • 340

11 yaşlı məktəbli meşədə İTKİN DÜŞDÜ

Suntarın Yakut kəndində 11 yaşlı uşaq məktəbə meşə ilə gedərkən güclü qar fırtınası zamanı itib.

News24.az xəbər verir ki, bu barədə Saxa Respublikası (Yakutiya) üzrə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

11 yaşlı məktəblinin anası  dərhal polislərə müraciət edib. Qadın oğlunun səhər tezdən məktəbə getdiyini, bir müddət sonra evə zəng edərək itdiyini bildirib.

Ananın sözlərinə görə, beşinci sinifdə oxuyan oğlu güclü qar fırtınası səbəbindən yolunu azıb.

Polis və xilasedicilər uşağın axtarışına çıxıblar.

Aynurə