Azərbaycanda 6 yaşlı uşağı maşın VURDU
    • 22-11-2023, 19:55
    • 193

Azərbaycanda 6 yaşlı uşağı maşın VURDU

Sabirabadda avtomobil 6 yaşlı uşağı vurub.

News24.az APA-ya istinadla xəbər verir ki,  hadisə Sabirabad şəhərində qeydə alınıb.

“Toyota Prado” markalı avtomobl yolda qaçan 2017-ci il təvəllüdlü Şirvan sakini, Rəhimli Miray Vaqif qızını vurub. Ağır xəsarətlər alan uşaq əvvəlcə Sabirabad xəstəxanasına və daha sonra Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.