Türkiyə ordusu beynəlxalq axtarışda olan terrorçunu ZƏRƏRSİZLƏŞDİRDİ -  FOTO
    • 23-11-2023, 13:25
    • 95

Türkiyə ordusu beynəlxalq axtarışda olan terrorçunu ZƏRƏRSİZLƏŞDİRDİ - FOTO

Türkiyə ordusu PKK-nı silahla təmin edən və axtarışda olan Fahrettin Tolunu Suriyanın şimalında keçirdiyi əməliyyatla zərərsizləşdirib.

News24.az xəbər verir ki, Fahrettin Tolun İran, İraq və Suriyada silahlı fəaliyyətlərdə də iştirak edib.

Qeyd edək ki, Fahrettin Tolun 1992-ci ildə terror təşkilatına qoşulub. Çoxlu silahlı fəaliyyətlər həyata keçirib. O, Türkiyə, İran və İraqın kənd yerlərində müxtəlif vəzifələrdə çalışıb. Tolun 2019-cu ildə Suriyaya köçüb və PKK-nın ağır silahlar və müdafiə bölməsinin müdiri kimi fəaliyyətə başlayıb. Fahrettin Tolun beynəlxalq axtarışda olub. 

Qumral