Zaqatalada itkin düşən şəxslə bağlı YENİ XƏBƏR
    • 24-11-2023, 15:40
    • 111

Zaqatalada itkin düşən şəxslə bağlı YENİ XƏBƏR

2022-ci ildə Zaqatalada yüksək dağlıq ərazidə itkin düşən hindistanlı turistin axtarışları Rusiya ərazisində davam etdirilir.

News24.az Apa-ya istinadən xəbər verir ki, bu bardə itkin düşən Manikanth Kondaveetinin valideyinləri məlumat verib.

Məlumata görə, 1993-cü il təvəllüdlü Hindistan vətəndaşı Manikanth Kondaveetinin axtarışlarına Rusiya Fedarasiyasının hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hazırda axtarışlar Azərbaycan-Rusiya sərhədinin əks tərəfində, Dağıstan ərazisində gedir.

Qeyd edək ki, Hindistan vətandaşı Manikanth Kondaveetin 2022-ci ilin may ayının 12-də Böyük Qafqaz sıra dağlarının cənub ətəyinin Zaqatala rayonu ərazisindən keçən hissəsinin yüksək dağlıq meşəlik ərazisində itkin düşüb. Azərbaycan ərazisində onunla bağlı uzun müddət axtarışlar aparılıb.