“Ayakve” HƏRƏKƏTƏ KEÇİR
    • 24-11-2023, 18:17
    • 319

“Ayakve” HƏRƏKƏTƏ KEÇİR

Dekabrın 4-də Ermənistan parlamentinin Dövlət və hüquq məsələləri daimi komissiyası Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasının cinayət hesab edilməsini nəzərdə tutan maddəni müzakirə edəcək.

News24.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə “Ermənistan” müxalifət blokunun parlament fraksiyasının katibi, daşnak Artsvik Minasyan bildirib.

Onun sözlərinə görə, həmin gün parlamentdə müxalifət fraksiyası tərəfindən hazırlanmış bəyanat layihəsi müzakirə olunacaq.

“Əgər komissiya müsbət nəticə verməsə, müxalifət ertəsi gün plenar iclasda səsvermə yolu ilə bu layihələri parlamentin gündəliyinə daxil etməyə çalışacaq”, - deyə Minasyan əlavə edib.

Bununla bağlı Ermənistanda “Ayakve” adlı revanşist ictimai təşkilatı imza da toplayıb.