Bakıda bu məktəbdə DƏHŞƏT YAŞANDI - Məktəbli şagird yoldaşını BIÇAQLADI
    • 25-11-2023, 12:30
    • 503

Bakıda bu məktəbdə DƏHŞƏT YAŞANDI - Məktəbli şagird yoldaşını BIÇAQLADI

"Sabunçu rayonu ərazisində yerləşən məktəblərin birində şagirdin sinif yoldaşına kəsici alətlə daxilə nüfuz etməyən xəsarət yetirməsi barədə polisə məlumat daxil olub".

News24.az xəbər verir ki, bunu açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev deyib.

O qeyd edib ki, məktəblinin xəsarət alması ilə əlaqədar onun valideyni ilə birlikdə təhqiqata təmin edilərək zəruri istintaq hərəkətlərinin aparılması məqsədi ilə araşdırma aparılır.