Nazir Hafiz Hacıyevin qohumunu işdən ÇIXARDI
    • 25-11-2023, 13:11
    • 426

Nazir Hafiz Hacıyevin qohumunu işdən ÇIXARDI

Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov Göygöl rayon Dövlət Aqrar İnkişaf Mərkəzinə yeni kadr təyin edib.

News24.az publika.az-a istinadla xəbər verir ki, təyinata əsasən vaxtı ilə Daşkəsən və Samux rayonlarında sözügedən qurumlarda müdir işləyən Azər Hacıyev bu vəzifəyə təyin olunub. A.Hacıyev artıq işə başlayıb.

Məlumat üçün bildirək ki, bir müddət öncə sözügedən Göygöl rayon DAİM-nin direktoru olmuş Elməddin Əhmədovla Göygöl rayon Baytarlıq İdarəsinin rəisi kimi çalışmış 62 yaşlı Oktay Həmidov arasında insident yaşanıb. Hətta tərəflər polis şöbəsinə çağrılıblar. Vəziyyət Kənd Təsərrüfatı naziri M. Məmmədova da gedib çatıb. Hər ikisi işdən azad olunsa da yerinə təyinat aparılmayıb. Paralel olaraq qurumun peçatı da E. Əhmədovda olub. Artıq isə qalmaqallı idarəyə yeni müdir gəlib.