Göyçayda narkomaniyanın fəsadları ilə bağlı maarifləndirmə tədbiri KEÇİRİLDİ
    • 27-11-2023, 15:36
    • 125

Göyçayda narkomaniyanın fəsadları ilə bağlı maarifləndirmə tədbiri KEÇİRİLDİ

Göyçayda narkomaniyanın fəsadları ilə bağlı maarifləndirmə tədbiri keçirilib.

News24.az xəbər verir ki, yeniyetmə və gəncləri sağlam həyat tərzinə təşviq etmək, narkotik vasitələrin mənfi təsirləri barədə məlumatlandırmaq məqsədilə Göyçay rayonunun Ləkçıplaq kənd 1 saylı tam orta məktəbində maarifləndirmə tədbiri keçirilib.

Narkomaniyanın törətdiyi fəsadlar, insan sağlamlığı üçün yaratdığı problemlərlə bağlı məktəblilərə ətraflı məlumat verən polis şöbəsinin rəisi, polis polkovniki Müqalib Abdıyev narkomanlığa qarşı mübarizədə cəmiyyətin hər bir üzvünün fəal mövqe sərgiləməsinin zəruriliyini diqqətə çatdırıb. Onları sağlam həyat yaşamağa və gələcək həyatlarında da zərərli vərdişlərdən uzaq olmağa çağırıb.

Sonda mövzu ilə bağlı videoçarx nümayiş etdirilib və şagirdləri maraqlandıran suallar cavablandırılıb.