Şəhərin rəngli və fərli 10 köşkü - FOTO
    • 28-11-2023, 20:47
    • 190

Şəhərin rəngli və fərli 10 köşkü - FOTO

“Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyi “Bir kitab - bir həyat” layihəsini davam edir. Xatırladırıq ki, bu layihə məhkum qadınlara bir kitab hədiyyə etmək üzərində qurulub. Əvvəlcə müəyyən qurumlarda güşələr yaradıldı. Əməkdaşlar öz şəxsi kitabxanalarından bir kitab ayırdılar məhkum qadınlara. Hər şey belə başladı.

News24.az bildirir ki, birliyin sədri Firuzə Cəlilova bu dəfə layihə çərçivəsində maraqlı bir ideya həyata keçirdikləri dedi. O, söylədi ki, şəhərin müxtəlif ərazilərində rəngli və fərqli 10 köşk yerləşdiriblər. Layihəni bir müəssisənin dar çərçivəsindən geniş kütləyə açmaq bir məqsəd idi, artıq bu niyyət gercəkləşdi. İndi şəhər əhalisi öz şəxsi kitabxanasından bir kitab ayırıb kökşlərə qoymaqla bu sosial layihəyə qoşula bilər. 

Birlik sədri deyir ki, buna sadəcə bir layihəyə qoşulmaq anlamı ilə yanaşmayın. Köşklərə kitab qoyan istənilən şəxs bağışlaya bildiyi bir kitabla, bir həyata nəfəs verir. Vətəndaşlar bu çağrışa qoşulmaqla çətin məhbus həyatı yaşayanlara oxu, öyrən və dəyiş mesajını ötürmüş olur. 

Bir kitabla həyatlara toxunmağın nə qədər faydalı olduğunu təsəvvür etmək o, qədər də çətin deyil. Gəlin oxuyub bir küncə qoyduğumuz kitablardan birini məhbus qadınlara hədiyyə edək.