Ağdama nə qədər əhali köçürüləcək?
    • 12-12-2023, 13:21
    • 119

Ağdama nə qədər əhali köçürüləcək?

Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında "Böyük Qayıdış" I Dövlət Proqramı çərçivəsində işğaldan azad edilən ərazilərdə böyük bərpa-quruculuq işləri gedir. 

News24.az xəbər verir ki, bunu jurnalistlərə açıqlaması zamanı Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

O bildirib ki, artıq 3 mindən çox məcburi köçkün ailələri öz doğma torpaqlarına qayıdıb:

"Qurulmuş qrafikə uyğun olaraq bu proses 2026-cı ilə qədər davam edəcək. Növbəti ildən başlayaraq 34 min 500 ailədən nəzərdə tutulan 140 min nəfər 2026-cı ilin sonuna qədər 16 minə yaxın ailə təkcə Qarabağ iqtisadi rayonuna köçürülməsi nəzərdə tutulur. Təkcə Ağdam şəhərində 20 min nəfərin məskunlaşması I Dövlət Proqramı çərçivəsində nəzərdə tutulub. Bu məqsədlə şəhərin əsas hissəsində layihələndirmə işləri yekunlaşmaq üzrədir. Tikinti işlərinə başlanıb. Şəhərdə 5 məhəllə inşası nəzərdə tutulur. Açıq səma altında "İşğal muzeyi", "Zəfər Muzeyi", Muğam Mərkəzi, mehmanxanalar , daxili yol-küçə şəbəkəsi, məktəb və xəstəxanalar bütün bu zəruri sosial təsisat obyektləri bu dövrdə tikilib təhvil veriləcəkdir. Ağdam şəhərindən başqa 12 kənd və Füzuli şəhəri və 10 kənd bərpa edilib 2026-cı ilin sonuna qədər təhvil veriləcək". 

Fərid Azəri