-
- 13-12-2023, 20:44
- 419
Bu dəfə Kim Çen Inın ölkəsini hədələdilər – “Cəhənnəmə çevirəcəyik”
Cənubi Koreya müdafiə naziri istənilən ehtiyatsız hərəkətə cavab olaraq, Şimali Koreyanı cəhənnəmə çevirməklə hədələyib.
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, gərgin ritorika Pxenyanın keçən ay 2018-ci ildə iki ölkə arasında imzalanmış hərbi anlaşmanı ləğv etməsi ilə bağlıdır.
“Şimali Koreyanın yalnız iki seçimi var: sülh və ya məhv olma. Şimali Koreya axmaq hərəkətlərə yol versə, onu cəhənnəm xarabalığı gözləyir”, - Cənubi Koreya müdafiə naziri Şin Von Suk deyib.
Nazir Cənubi Koreya ordusunun öz imkanlarını artırdığını bildirib. Bura peyklərin kosmosa buraxılması, hərbçilərin rifahının yaxşılaşdırılması və Şimaldan gələn təhdidlərə qarşı müdafiə sistemlərinin kəskin şəkildə gücləndirilməsi, o cümlədən, zəruri hallarda qabaqlayıcı zərbələrin endirilməsini nəzərdə tutan hərbi planlar daxildir.