Xərçəng xəstəsi olan kişini evlənmək xilas etdi
    • 16-12-2023, 21:42
    • 229

Xərçəng xəstəsi olan kişini evlənmək xilas etdi

Xərçəng xəstəsi olan 27 yaşlı Zak Stroup və sevgilisi Maddie müalicə olunduğu xəstəxanada evləniblər.

News24.az lent.az-a istinadən xəbər verir ki, toy cəmi 48 saat ərzində tələsik şəkildə təşkil edilib.

Zak Stroup bildirib ki, toy dönüş nöqtəsi olub:

"Düşünmürəm ki, onsuz bunu bacarardım. Toy xərçənglə mübarizəni davam etdirmək üçün məni ruhlandırdı. Çünki Maddie, çətinliklərə baxmayaraq, hər addımda, məni dəstəklədi".

Toylarından bəri Zak sümük iliyi transplantasiyası əməliyyatı keçirib və bir neçə kimya terapiyasını uğurla başa vurub. Onun vəziyyəti yaxşılaşmağa davam edir.