Polis və təhlükəsizlik əməkdaşları da səfərbər ediləcək
    • 17-12-2023, 12:46
    • 187

Polis və təhlükəsizlik əməkdaşları da səfərbər ediləcək


Ukraynada polislərin, İqtisadi Təhlükəsizlik Bürosunun və penitensiar xidmətin əməkdaşlarının səfərbər edilməsinə imkan verən qanun layihəsi hazırlanır. 

R TV xəbər verir ki, bu barədə sosial şəbəkədə Ukrayna parlamentinin Milli Təhlükəsizlik Komitəsi sədrinin müavini Maryan Bezuglai yazıb. O qeyd edib ki, sənəd hələ hazır deyil:

Deputatın sözlərinə görə, qanun layihəsinin hazırlanmasında hərbi xidmətə çağırışın yaş həddinin 27 Yaşdan 25 yaşa endirilməsi, Çağırış üzrə xidmətin ləğvi, 18 yaşdan 25 yaşa qədər vətəndaşlar üçün üç ay müddətinə təlim tədris hazırlığının tətbiqi məsələlərinə baxılır.