DİN və DTX intellektual müsabiqənin FİNALINDA
    • 17-12-2023, 17:51
    • 233

DİN və DTX intellektual müsabiqənin FİNALINDA

Dekabrın 17-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının  təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə və Prezident İlham Əliyevin doğum gününə həsr edilən tələbələr arasında "Dəmir yumruq" hüquq sahəsində intellektual müsabiqənin yarımfinal mərhələsi keçirilib.

R TV xəbər verir ki, ikinci mərhələdə Milli Aviasiya Akademiyası, Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyası, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyası və Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültələrinin tələbələrinin komandası yarışıb.

Müsabiqənin məqsədi konstitusiya hüququ, cinayət hüququ, habelə mülki hüquq sahəsində tələbələrin bilik və bacarıqlarının müəyyən edilməsi, o cümlədən inkişafına xidmət etməkdir.

Beləliklə, 112 bal toplayan DİN-in Polis Akademiyası və 107 xal yığan DTX-nin Heydər Əliyev adına Akademiyası birinci və ikinci yerlərdə qərarlaşaraq, final mərhələsinə adlayıblar.