"Qarabağ”ın "Braqa" ilə oyunlarının başlama saatı açıqlandı
    • 18-12-2023, 23:40
    • 363

"Qarabağ”ın "Braqa" ilə oyunlarının başlama saatı açıqlandı

Ki

"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın "Braqa" komandasına qarşı keçirəcəyi oyunların başlama saatı açıqlanıb.

News24.az xəbər verir ki, Ağdam klubunun fevralın 15-də səfərdə reallaşacaq matçı Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Bir həftə sonra Bakıda oynanılacaq cavab qarşılaşması isə saat 21:45-də başlayacaq.

Qeyd edək ki, cütün qalibi Avropa Liqasında 1/8 finala vəsiqə əldə edəcək.