Azərbaycanda insanlar orqanlarını satır - Deputatdan ŞOK AÇIQLAMA
    • 22-12-2023, 11:21
    • 171

Azərbaycanda insanlar orqanlarını satır - Deputatdan ŞOK AÇIQLAMA

Vətəndaşların sosial şəbəkələrdə əsasən qaraciyər, böyrək və digər orqanlarını satması ilə bağlı elanlara son zamanlar tez-tez rast gəlirik.

News24.az xəbər verir ki, bunu Milli Məclisin payız sessiyasının bu gün keçirilən iclasında millət vəkili Razi Nurullayev çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu tipli elanlara hətta avtobus dayanacaqlarında da rast gəlinir:

"Həmin şəxslər iki səbəbdən daxili orqanlarını sata bilər. Bu ya maddi ehtiyaclar səbəbindən ola bilər, ya da insanları buna cəlb edən qruplar var. Əgər vətəndaş orqanlarını maddi ehtiyaclar üzündən satırsa, həmin şəxslər aidiyyatı qurumlar tərəfindən çağırılmalı və bunun səbəbi öyrənilməlidir. Vətəndaş çətinə düşdüyü zaman dövlətdən dəstək alması onun hüququdur. Aidiyyatı qurumlar bunu diqqətdə saxlamalıdır. Həmin şəxslərə dövlət səviyyəsində yardım göstərilməsini xahiş edirəm" - deyə millət vəkili qeyd edib.

Qumral Əliyeva